Missiyamız

Hazırda həm inkişafda olan, həm də yüksək inkişaf səviyyəsinə malik ölkələrin iqtisadiyyatlarında təbii qaza olan ən yüksək tələbat artımı müşahidə edilir. Bütün bunlar onu deməyə əsas verir ki, tezliklə qaz bazarı neft bazarı ilə birgə dünya bazarı adlandırıla biləcək. Günümüzdə təbii qazın nəqliyyat, saxlanması və ötürülməsi infrastrukturunun, həmçinin spot sövdələşmələri, yəni uzunmüddətli müqavilələrin imzalanmasını nəzərdə tutmayan ticarətin inkişafında inamlı artım tendensiyaları mövcuddur. Bu baxımdan təbii qazın boru kəməri ilə nəqlinin bu günə qədər ən qənaətcil üsul kimi rolu artır.. Qaz boru kəmərləri ilə nəql olunan təbii qazın həcminin artması nəticəsində bu istiqamətdə fəaliyyət göstərən komplekslərin obyektlərində fövqəladə hal riskləri də artır.

Təbii qaz müəyyən faizlərdə hava ilə qarışdıqda partlayıcı qarışıq əmələ gətirən yanan maddədir. Bundan əlavə, təxminən 99% metandan (CH4) ibarət olan təbii qaz güclü istixana qazıdır. Bu səbəbdən boru kəməri nəqliyyatının ən mühüm vəzifələrindən biri təbii qaz sızmasının qarşısını almaqla təhlükəsizliyin təmin edilməsidir.

Yuxarıda sadalananlara əsaslanaraq, sızmaların vaxtında aşkar edilməsi üçün qaz kəmərinin vəziyyətinə davamlı nəzarət labüddür ki, bu da xoşagəlməz halların nəticələrini azaltmaq üçün müvafiq tədbirlər görməyə imkan verir.

Şirkətin başlıca missiyası qaz sızmalarının yerini və dərəcəsini zamanında aşkar etməklə baş verə biləcək yanğın, partlayışların qarşısını almaq, qaz itkilərinin həcminin azaldılmasına yardımçı olmaq və ətraf mühitin qorunmasına töhfə verməkdir.