Təmiz Qaz QSC “Qeyri Dağıdıcı Üsulla Müayinə” qrupu

       “Təmiz Qaz” QSC-nin “Qeyri Dağıdıcı Üsulla Müayinə” qrupu 2019-cu ilin oktyabr ayında təsis edilmişdir.

       “Qeyri Dağıdıcı Üsulla Müayinə” qrupunun tərkibində qaz və su təchizat sistemlərində polietilen və polad boruların qaynaq birləşmələrində inspeksiya işlərinin aparılması üçün “Azərbaycan Akkreditasiya Mərkəzi” tərəfindən 2018-ci ildə AZS İSO/İEC 17025:2009  standartlarına uyğun “Akkreditasya Attestatı” ilə təsdiqlənmiş nəzarət sınaq labotaroriyası da fəaliyyət göstərir. Yaradılmış laboratoriya akkreditasiya sahəsinə əsasən uyğunluğun qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olmaq hüququna mailikdir. Peşəkər və sertifikatlaşdırılmış mütəxəssislərdən ibarət olan qrupun  tərkibində İSO 9712:2012  standartları üzrə sertifikatlaşdırılmış  II səviyyəli peşəkar mütəxəssislərçalışırlar.

       “Qeyri Dağıdıcı Üsulla Müayinə” qrupu artıq “Ultrasəs müayinə üsulu” ilə Bakı şəhəri və regionlar da daxil olmaqla, əsasən qaz və su təchizat sistemlərində yerinə yetirilən tikinti, yenidənqurma və təmir işlərində polietilen və polad materialdan hazırlanmış boruların qaynaq birləşmələrin keyfiyyətinin və  korroziyaya uğrama vəziyyətinin inspeksiyasını uğurla həyata keçirir.


Foto qalereya